News

“Novruz Baharın Müjdəçisi” adlı tədbir keçirilib.

“Novruz Baharın Müjdəçisi” adlı tədbir keçirilib.
  • 19 Mar 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və təlim mərkəzi, Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz Baharın Müjdəçisi” adlı tədbir təşkil olunub. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və onların valideyinləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərin təbliğ edilməsi, Novruz ənənələrinin yaşadılması və tələbələr arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Bakı Avrasiya Universitetinin rektoru, dosent Səyavuş Qasımov çıxış edərək Novruz bayramının xalqımızın zəngin mədəni irsində xüsusi yer tutduğunu vurğulayıb, bu bayramın milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib. Rektor, həmçinin gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində BAAU-nun tələbələrinin ifasında milli rəqs nümunələri təqdim olunub, Ülvi Ağaməlizadənin ifasında muğam, “Aynabənd” və "BluesMluesBrothers" qruplarının çıxışları dinlənilib.

Proqram çərçivəsində Novruz ənənələrinə uyğun olaraq bayram tonqalı alovlandırılıb, tonqal ətrafında yallı rəqsi təşkil olunub, həmçinin tələbələr arasında ənənəvi yumurta döyüşdürmə mərasimi keçirilib. Eyni zamanda tədbirdə Davul-Zurna ifaları nümayiş etdirilib, Kosa-Keçəl səhnəciyi ilə proqram yekunlaşıb.

Other news