News

"Hürufilik təriqəti və ədəbiyyatı" mövzusunda onlayn dərs keçirilib

"Hürufilik təriqəti və ədəbiyyatı" mövzusunda onlayn dərs keçirilib
  • 21 Apr 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə "Hürufilik təriqəti və ədəbiyyatı" mövzusunda tanınmış alim, Türkiyənin Boğaziçi Universitetinin prorektoru prof. Fatih Usluerin iştirakı ilə onlayn mühazirə keçirilib. 

Prof. Fatih Usluer hürufiliyin çox mürəkkəb görüşlərinin sadə dildə izahlarını vermiş, hürufilik təriqətinin dini-fəlsəfi baxımdan regionun intellektual tarixində mühüm yer tutduğu haqqında məlumat vermişdir. O həmçinin ona ünvanlanan sualları cavablandırmış və mühazirə interaktiv davam edib.

Other news