News

Universitetimiz Gürcüstanda təşkil olunan "Beynəlxalq təhsil sərgisi 2026"da təmsil olunub

Universitetimiz Gürcüstanda təşkil olunan "Beynəlxalq təhsil sərgisi 2026"da təmsil olunub
  • 20 Apr 2026

Bakı Avrasiya Universiteti (BAAU) Gürcüstanın Tbilisi şəhərində təşkil edilmiş "Beynəlxalq təhsil sərgisi 2026"da təmsil olunub

Sərgidə BAAU öz stendi və fəallığı ilə seçilib. Belə ki, sərgi iştirakçıları və qonaqlar Universitetimizin stendinə yaxınlaşaraq BAAU haqqında və onun təklif etdiyi təhsil proqramları, maddi-texniki imkanları və əcnəbi tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat əldə ediblər. 

BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva və Əcnəbi tələbələrlə iş mərkəzinin mütəxəssisi Ülvi Həsənov sərgi zamanı müxtəlif xarici Ali təhsil müəssisələrin nümayəndələri ilə görüşlər keçirib, universitetin tədris imkanları, ixtisas proqramları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat bölüşüblər. Eyni zamanda, potensial tərəfdaş universitetlərlə tələbə mübadiləsi, birgə təhsil proqramları və elmi tədqiqat sahələrində əməkdaşlıq imkanları da müzakirə edilib.

BAAU-nun bu kimi beynəlxalq tədbirlərdə iştirak etməsi ali təhsil müəssisəsinin qlobal təhsil məkanında mövqeyini möhkəmləndirmək, beynəlxalq tələbə cəlbini artırmaq və strateji tərəfdaşlıqları genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər planının bir hissəsidir.

Other news