News

Universitetimiz "EURIE 2026 Avrasiya Ali Təhsil Sammiti"ndə təmsil olunub.

Universitetimiz "EURIE 2026 Avrasiya Ali Təhsil Sammiti"ndə təmsil olunub.
  • 09 Apr 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Birliyinin (EURAS) təşkilatçılığı ilə təşkil olunan "EURIE 2026 Avrasiya Ali Təhsil Sammiti"ndə iştirak edib. 

Dosent Sevda Rzayeva sözügedən sammit çərçivəsində fərqli universitet və təhsil şirkətlərinin nümayəndələri ilə görüşüb, BAAU haqqında, onun fəaliyyəti, beynəlxalq əlaqələri, akademik əməkdaşlıqları və tələbə/akademik mobillik proqramları, həmçinin universitetin icra etdiyi və tərəfdaş olduğu layihələr barədə məlumat verib. 

Sammit iştirakçılar üçün məlumat mübadiləsi və yeni tərəfdaşlıqların qurulmasında və inkişafında mühüm platforma kimi çıxış edib. Sammit zamanı təşkil olunmuş proqram çərçivəsində ali təhsilin mövcud problemləri, yaxşı təcrübə nümunələri, yeni tendensiyalar və innovativ həll təklifləri müzakirə olunub. 

EURIE 2026 iştirakçılar üçün həm fikir mübadiləsi, həm də əməkdaşlığın inkişafı baxımından faydalı olub.

Əlavə olaraq bildirək ki, BAAU, Avrasiya Universitetlər Birliyinin (EURAS) 2025-ci ildən üzvüdür.

Other news