News

Universitetimiz “Study in Kazakhstan” beynəlxalq təhsil sərgisində təmsil olunub

Universitetimiz “Study in Kazakhstan” beynəlxalq təhsil sərgisində  təmsil olunub
  • 02 May 2026

Bakı Avrasiya Universitetinin (BAAU) də iştirak etdiyi “Study in Kazakhstan” beynəlxalq təhsil sərgisi Bakı şəhərində təşkil olunub. Sərgidə Azərbaycanın və Qazaxıstanın aparıcı ali təhsil müəssisələri iştirak edib. 

Sərginin təşkilində məqsəd Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın gücləndirilməsi və təhsil əlaqələrinin inkişaf etdirmək olub.

Sərgidə bir çox fərqli ali təhsil müəssisələrinin nümayəndələri, tələbələr, qonaqlar, həmçinin Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alim Bayel də iştirak edib.

Sərginin açılış mərasimində “İZ Community” platformasının rəhbəri Rena Nadjajzade Sadaddinova çıxış edərək ölkələr arasında təhsil körpülərinin qurulmasının və gənclər üçün imkanların genişləndirilməsinin vacibliyini vurğulayıb. Açılış nitqindən sonra sərgi iş planına uyğun olaraq davam edib.

Sərgidə universitetlər öz stendləri və nümayəndələri ilə təmsil olunublar. BAAU da öz stendi və nümayəndələri ilə abituriyentlərə təhsil imkanları və beynəlxalq proqramlar barədə ətraflı məlumat veriblər. Sərgidə BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva, Əcnəbi tələbələrlə iş mərkəzinin baş mütəxəssisi Rahilə Xəlilova və mütəxəssis Ülvi Həsənov iştirak edib. 

Sərgi çərçivəsində BAAU-nun nümayəndələri həmçinin Qazaxıstanda təhsil imkanları, proqramlar və qəbul şərtləri barədə birbaşa məlumat əldə edib, universitetlərarası əməkdaşlıq və yeni layihələr istiqamətində də müzakirələr aparıblar. Danışıqlar zamanı qeyd olunub ki, BAAU ilə Qazaxıstanın bir sıra ali təhsil müəssisələri arasında əməkdaşlıq uzunmüddətli xarakter daşıyır və 2016-cı ildən etibarən tərəflər arasında müxtəlif istiqamətlərdə akademik əlaqələr, tələbə və müəllim mübadiləsi, eləcə də birgə layihələr həyata keçirilib. Mövcud partnyorluq bu əməkdaşlığın davamlı və sistemli şəkildə inkişaf etdiyini göstərir.

Ümumilikdə “Study in Kazakhstan” sərgisi regionda təhsil əməkdaşlığının inkişafı və yeni akademik tərəfdaşlıqların formalaşması baxımından əhəmiyyətli tədbir kimi qiymətləndirilib.

Other news