News

Universitetimizdə doktorant və dissertantların ixtisas fənni üzrə doktorluq imtahanları keçirilib

Universitetimizdə doktorant və dissertantların ixtisas fənni üzrə doktorluq imtahanları keçirilib
  • 12 Jun 2026

Bakı Avrasiya Universitetində (BAAU) 2025/2026-cı tədris ilinin yaz semestri üzrə fəlsəfə doktoru hazırlığı proqramı çərçivəsində doktorant və dissertantların ixtisas fənni üzrə doktorluq imtahanları təşkil olunub.

Doktorluq imtahanlarının normativ-hüquqi sənədlərin tələblərinə uyğun, obyektiv, şəffaf keçirilməsini təmin etmək məqsədilə universitetdə hər bir ixtisas üzrə 5 nəfərdən ibarət imtahan komissiyaları formalaşdırılıb. Komissiyaların tərkibi müvafiq elmi istiqamətlər üzrə professor-müəllim heyətindən təşkil edilib.

İmtahanlarda 5308.01 – Ümumi iqtisadiyyat, 5704.01 – Dil nəzəriyyəsi, 5708.01 – German dilləri ixtisasları üzrə doktorantlar iştirak ediblər. 

İmtahanlarda iştirak edən doktorantların ixtisas fənni üzrə doktorluq imtahanını uğurla başa vurblar.

Other news