- 21 Apr 2026
Bakı Avrasiya Universitetində (BAAU) Karyera və təlim mərkəzinin təşkilatçılığı və Təhsil Tələbə Krediti Fondunın (TTKF) peşəkar təlimçisi Leyla Rəhimovanın iştirakı ilə universitetimizin Təhsil Tələbə Krediti (TTK) alan tələbələri üçün “Yumşaq bacarıqlar və əmək bazarına hazırlıq” proqramı çərçivəsində təlim keçirilib. Təlimin məqsədi sözügedən tələbələri əmək bazarına hazırlıqlarını artırmaq, şəxsi inkişaflarının dəstəklənməsi və məşğulluq imkanlarının genişləndirmək olub.
Təlim zamanı iştirakçılara iş müsahibəsinə hazırlıq mərhələləri, işə qəbul prosesində diqqət yetirilməli məqamlar, effektiv ünsiyyət və özünü təqdimetmə bacarıqları barədə ətraflı məlumat verilib. Eyni zamanda, real işə qəbul proseslərini əks etdirən simulyasiyalar vasitəsilə tələbələrin praktik bacarıqlarının inkişafına dəstək göstərilib.
Təlimçi tərəfindən təqdim olunan praktiki yanaşmalar və interaktiv metodlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda iştirakçılarla birgə xatirə şəkli çəkdirilib.




