- 29 Apr 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektoru ilə Regionşünaslıq və iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində İstanbul Universitetində və Fransanın Sorbon Universitetində təhsil alan doktorantların iştirakı ilə yaz semestri ərzində mühazirə təşkil olunub.
İstanbul Universitetində təhsil alan doktorant Toğrul Məmmədov “İstehlakçı davranışı və faydalılıq analizi” mövzusunda, Fransanın Sorbon Universitetində təhsil alan doktorant İsa Babayev isə “İcra hakimiyyətinin konstitusion tənzimi” mövzusunda mühazirələrlə çıxış ediblər.
Təqdim olunan mühazirələr tələbələr tərəfindən maraqla qarşılanıb. Tədris prosesi interaktiv formada təşkil olunub, tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparılıb və mövzular ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, bu kimi təşəbbüslər ali təhsildə beynəlxalq təcrübənin paylaşılması, elmi biliklərin genişləndirilməsi və tələbələrin akademik inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.




