- 27 Apr 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Xarici dil və ədəbiyyat kafedrasının baş müəllimi Raisa Əlizadə Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyi münasibətilə təltifetmə tədbirində iştirak edib. Tədbirdə bir neçə universitetin müəllimlərinə DİM-in İdarə heyətinin sədri Məleykə Abbaszadə tərəfindən Fəxri Fərman təqdim olunub.
BAAU-nun Xarici dil və ədəbiyyat kafedrasının baş müəllimi Raisa Əlizadə DİM-in xarici dillər üzrə şöbəsi ilə səmərəli əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların uğurla icrasına verdiyi mühüm töhfələrə, eləcə də bu sahədə göstərdiyi yüksək peşəkarlıq, məsuliyyət və fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub.
BAAU-nun rəhbərliyi baş müəllim Raisa Əlizadəni təbrik edir, ona gələcək peşə fəaliyyətində davamlı uğurlar və yeni nailiyyətlər arzulayır.




