News

Universitetimizin müəllimi beynəlxalq seminarda məruzə ilə çıxış edib

Universitetimizin müəllimi beynəlxalq seminarda məruzə ilə çıxış edib
  • 02 Mar 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının müəllimi İmmi Hüseynova Özbəkistan Respublikasının “İpək yolu” Beynəlxalq Turizm və Mədəniyyət universitetində turizm və mədəniyyət sahəsində mütəxəssislərin iştirakı ilə təşkil olunan beynəlxalq seminarda onlayn formatda iştirak edib. O, “Azərbaycanda tibbi və sağlamlıq turizminin inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. 

Məruzə çərçivəsində Azərbaycanda tibbi və sağlamlıq turizmi sahəsinin mövcud potensialı, sektorun hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş şəkildə təhlil edilmişdir. Eyni zamanda beynəlxalq təcrübə və regional əməkdaşlıq imkanları müzakirə olunmuş, bu sahədə elmi və peşəkar dialoqun gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır. 

Seminar İpək Yolu Universitetinin prorektoru professor Toni Zou tərəfindən moderatorluq edilmiş və UNESCO-nun “Silk Road boyunca Dayanıqlı İrs Turizmi” kafedrası, həmçinin İpək Yolu Turizm Araşdırmaları Jurnalı elmi jurnalının redaksiyası tərəfindən dəstəklənmişdir. 

Universitetimizin müəllimi beynəlxalq seminarda məruzə ilə çıxış edib

Other news