News

Universitetin Həmkarlar İttifaqı əməkdaşlar üçün Quba–Qusar Laza gəzinti turu təşkil edib

Universitetin Həmkarlar İttifaqı əməkdaşlar üçün Quba–Qusar Laza gəzinti turu təşkil edib
  • 26 Jun 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Həmkarlar İttifaqının təşkilatçılığı ilə universitet əməkdaşları üçün Quba–Qusar istiqamətində Laza gəzinti turu təşkil olunub.

Tur çərçivəsində iştirakçılar Qusar rayonunda yerləşən Laza şəlaləsini, Quba rayonunun Qəçrəş meşəsini və Macəra Lake Parkını gəziblər. Ekskursiya onlara bölgənin təbii gözəlliklərini yaxından görmək, həmçinin asudə vaxtlarını səmərəli keçirmək imkanı yaradıb.

Təşkil edilən bu cür tədbirlər əməkdaşların sosial rifahının dəstəklənməsi, kollektiv həmrəyliyinin möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən fəaliyyətlərin tərkib hissəsidir.

Universitetin Həmkarlar İttifaqı əməkdaşlar üçün Quba–Qusar Laza gəzinti turu təşkil edib

Other news