News

Universitetin müəllimləri beynəlxalq mübadilə proqramı çərçivəsində Çankırı Karatekin Universitetində səfərdə olublar

Universitetin müəllimləri beynəlxalq mübadilə proqramı çərçivəsində Çankırı Karatekin Universitetində səfərdə olublar
  • 17 Apr 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslı və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının baş müəllimi Məleykə Adıgözəlova və Sosial və siyasi fənlər kafedrasının müəllimi Əfsanə Muradlı Türkiyənin Çankırı Karatekin Universitetində beynəlxalq mübadilə proqramında iştirak ediblər. Mübadilə proqramının əsas məqsədi təhsil sahəsində təcrübə mübadiləsinin aparılması, müasir tədris metodları ilə tanışlıq və iki universitet arasında akademik əməkdaşlığın genişləndirilməsi olub.

Proqram çərçivəsində Məleykə Adıgözəlova Çankırı Karatekin Universitetinin İnsan və Toplum Bilimləri fakültəsinin Tarix ixtisası üzrə təhsil alan tələbələri qarşısında “Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı əlaqələri” mövzusunda mühazirə ilə çıxış edib. Əfsanə Muradlı isə “Dövlətin sosial müdafiə siyasəti və sosial yardım mexanizmləri: Azərbaycan təcrübəsi və müqayisəli perspektivlər” mövzusunda təqdimat edib.

Səfər zamanı universitetin müvafiq fakültələri ilə görüşlər keçirilib, birgə elmi məqalələrin hazırlanması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gələcək layihələrdə ortaq iştirak imkanları müzakirə olunub.

Müəllimlər bildiriblər ki, bu cür beynəlxalq proqramlar onların peşəkar inkişafına mühüm töhfə verir və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir.

Other news