News

Universitetin tələbə komandası “Spark Tələbə İnnovasiya proqramı” çərçivəsində növbəti mərhələni uğurla keçib

Universitetin tələbə komandası “Spark Tələbə İnnovasiya proqramı” çərçivəsində növbəti mərhələni uğurla keçib
  • 15 Feb 2026

Bakı Avrasiya Universitetinin (BAAU) tələbə komandası “Kapital Bank” ASC tərəfindən təşkil olunan “Spark Tələbə İnnovasiya proqramı” çərçivəsində növbəti mərhələyə uğurla keçib. BAAU-nu sözügedən proqramda Regionşünaslıq və iqtisadiyyat fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə 3-cü kurs tələbələri Quba Bəkirli və Rəhiməxanım Babayeva təmsil ediblər. Komanda innovativ “MicroBiz Dashboard” adlı layihəsi ilə iştirak edib. Ümumilikdə proqrama 140 komanda və 560 tələbə müraciət edib, aparılmış seçim mərhələsinin nəticəsinə əsasən yalnız 9 komanda və 36 iştirakçı layihələrini təqdim etmək hüququ qazanıb.

Proqramın inkişafını daha effektiv təmin etmək məqsədilə “Kapital Bank” ASC tərəfindən seçilmiş 9 komandaya rəsmi mentorlar təyin olunub. Mentor dəstəyi sayəsində iştirakçılar layihənin təkmilləşdirilməsi, biznes modelinin formalaşdırılması və təqdimat strategiyasının hazırlanması istiqamətində peşəkar məsləhətlər alıblar.

Proqram çərçivəsində seçilmiş hər bir komandaya 1 (bir) aylıq sərbəst inkişaf müddəti təqdim olunub. Bu müddət ərzində iştirakçılar layihələrini hazırlayıb yekunlaşdırmalı və yekun mərhələdə həmin seçilmiş komandalar “Demo Day (təqdimat günü)” tədbirində öz layihələrini münsiflər heyətinə təqdim edəcəklər.

Onu da bildirək ki, sözügedən proqram iştirakçıları yekun nəticələrdən asılı olmayaraq yay aylarında ixtisaslarına uyğun təcrübə proqramına da cəlb olunacaqlar. Bu təşəbbüs tələbələrə real iş mühitində praktik bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də gələcək karyeraları üçün mühüm təcrübə qazanmaq imkanı yaradacaq.

BAAU-nun tələbə komandası proqram çərçivəsində uğurla iştirak edib və “MicroBiz Dashboard” layihəsinin inkişaf istiqamətində fəaliyyətini davam etdirir.

Universitetin tələbə komandası “Spark Tələbə İnnovasiya proqramı” çərçivəsində növbəti mərhələni uğurla keçib

Other news