Xəbərlər

BAAU-nun dövri-elmi jurnalının məhsuldarlıq səviyyələrinin artırılması istiqamətində Əməkdaşlıq müqaviləsi imzalandı

BAAU-nun dövri-elmi jurnalının məhsuldarlıq səviyyələrinin artırılması istiqamətində Əməkdaşlıq müqaviləsi imzalandı
  • 16 Oct 2024

Bakı Avrasiya Universitetində (BAAU) “Qlobal əməkdaşlıq və analitik araşdırmalar mərkəzi” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva və İnnovasiya sektorunun müdiri Kamran Qasımov, həmçinin İSSN Agentliyinin əlaqələndiricisi, “Qlobal əməkdaşlıq və analitik araşdırmalar mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədova və birliyin əməkdaşı da iştirak edib. 

BAAU-nun rektoru dosent Səyavuş Qasımov qonaqlara universitet haqqında geniş məlumat verib. Səyavuş Qasımov, eyni zamanda, universitetin elmi yaradıcılıq prespektivlərdən söz açıb.

BAAU-nun elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova BAAU-nun "Sivilizasiya" adlı elmi-nəzəri, praktik jurnalının 2012-ci ildən etibarən nəşr olunduğunu qeyd edib və jurnalın məqsədi barədə qonaqlara məlumat verib. O, əlavə olaraq bildirib ki, jurnalda Azərbaycan, rus və ingilis dillərində məqalələr dərc olunur.

BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva "Sivilizasiya" elmi-nəzəri, praktik jurnalına Rəqəmsal Obyekt İdentifikator (DOİ) nömrənin verilməsini və onun beynəlxalq elmi bazalara daxil edilməsinin əhəmiyyətini qeyd edib. O həmçinin əlavə edib ki, bu professor-müəllim heyətinə beynəlxalq elmi platformalarda və əməkdaşlıqda yeni elmi-tədqiqat işlərinin aparılması üçün xarici ölkələrin elmi-tədqiqat institutları ilə əməkdaşlığına da müsbət təsiri olacaq. 

“Qlobal əməkdaşlıq və analitik araşdırmalar mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədova beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi və genişləndirilməsi barədə fikirlərini bildirərək, qarşıdakı dövr ərzində BAAU ilə də rəqəmsallaşma və Universitetdə olan dövri-elmi jurnalların saytlarının təkmilləşdirilməsi prosesində geniş əməkdaşlıq prespektivlərini qeyd edib.

Görüş iki qurum arasında dövri-elmi jurnallarının məhsuldarlıq səviyyələrinin artırılması istiqamətində Əməkdaşlıq müqaviləsinin imzalanması ilə yekunlaşıb.

Digər Xəbərlər