Xəbərlər

BAAU-da Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd edilib

BAAU-da Səudiyyə Ərəbistanı Krallığının  Milli Günü qeyd edilib
  • 13 Oct 2024

Bakı Avrasiya Universitetində (BAAU) Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibəti ilə tədbir təşkil edilib. Tədbirdə universitet rəhbərliyi, tələbələr, Ərəbşünaslıq Mərkəzinin əməkdaşları və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri iştirak edib. 

Tədbirdən əvvəl Universitetin rektoru dos. Səyavuş Qasımov, Beynəlxalq Əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva, Ərəbşünaslıq Mərkəzinin elmi rəhbəri dos. Ülviyyə Hüseynova və Səfirliyin diplomatları – Talal Almohammadi, Esma Al Sultan, Saud Alşammari dəyirmi masa ətrafında Ərəbşünaslıq Mərkəzinin fəaliyyəti, görülən işlər və iki ölkə universitetləri ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb. Görüş yekunlaşdıqdan sonra Səudiyyə Ərəbistanı Krallığının Milli Gününə həsr olunmuş bədii məzmunda tədbir təşkil olunub. Tədbirdə rektor dos. Səyavuş Qasımov və səfir müavini Talal Almohammadini ərəb dilinin əhəmiyyətindən, İslam həmrəyliyinin önəmindən danışıblar. Ərəbşünaslıq Mərkəzinin elmi rəhbəri dos. Ülviyyə Hüseynova mərkəzin fəaliyyəti və gördükləri işlər haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra Səudiyyə Ərəbistanı Krallığının Milli Günü ilə bağlı hazırlanmış videoçarx tədbir iştirakçılarına təqdim edilib. Tədbirdə Ərəbşünaslıq Mərkəzinin tələbələrinin Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və tarixi ilə bağlı çıxışlarına yer verilib. Tələbələrin ifasında şeir və mahnılar səsləndirilib.

Sonda səfirlik əməkdaşları və universitetin tələbələri xatirə fotosu çəkdirib, ərəb dili və mədəniyyəti ilə bağlı ayaqüstü söhbət ediblər. 

Digər Xəbərlər