Xəbərlər

BAAU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandomu imzalanıb

BAAU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandomu imzalanıb
  • 11 Oct 2024

Bakı Avrasiya Universiteti (BAAU) ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev imzalayıb.

Memorandumda BAAU-da bakalavriat və magistratura səviyyələrində təhsil alan və ixtisas meyarları MMC-nin xidmət göstərdiyi sahələrə uyğun olan tələbələrin təcrübə keçməsi, müvafiq ixtisas – peşə təlimlərinə zərurət yarandıqda MMC-nin əməkdaşları üçün BAAU tərəfindən qısamüddətli ixtisasartırma proqramlarının təşkil edilməsi istiqamətində əməkdaşlıq nəzərdə tutulur. Həmçinin ölkənin iqtisadi rayonları üzrə yük daşımalarının təhlili və proqnozlaşdırılması, logistika, informasiya texnologiyaları üzrə elmi - praktiki müzakirələrin təşkili, bazar araşdırmalarının birgə aparılması, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində qarşılıqlı əməkdaşlıq kimi məsələlər də memorandumda öz əksini tapıb.

Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan Abşeron Logistika Mərkəzi beynəlxalq sertifikatlara malik, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir.

Digər Xəbərlər