- 09 Dec 2021
“Sözün və sənətin dahiləri: Nizami Gəncəvi və Yunus Əmrə” adlı tədbirdə 44 günlük Vətən Müharibəsi şəhidləri yad edilib, qəhrəman əsgərlərimizin şücaətdən danışılıb. Tədbirdə çıxış edən BAAU-nun Tədris işləri üzrə prorektoru fil.ü.f.d., dos. Nigar Hüseynova iştirakçıları salamladıqdan sonra və Yunus Əmrə İnstitutunun Bakı şöbəsinin müdiri Selçuk Karakılıça ikili əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərinə görə plaket təqdim edib.Daha sonra söz alan Selçuk Karakılıç Türk Dünyasının mənəvi dəyərləri haqqında gənclərə bilgi verərək, hər iki şairin yaradıcılığının türk xalqları üçün böyük əhəmiyyət daşıdığını, gənclərin tərbiyəsində xüsusi rolu olduğunu vurğulayıb.Tədbirdə digər çıxışçılar, Filologiya fakültəsinin dekanı fil.ü.f.d., dos. Salman Süleymanov da Nizami Gəncəvi və Yunus Əmrə poeziyasının xüsusiyyətlərindən bəhs etdərək, hər iki şairin yaradıcılığının müştərək cəhətlərini nəzərə çatdırıb.Eyni zamanda
ümumi filologiya kafedrasının dosenti Səadət Şıxıyeva isə tədbir iştirakçılarına Nizami Gəncəvinin türklüyü, bu barədə mülahizə və fikirlər haqqında geniş məlumat verərək əsərlərini fars dilində qələmə alsa da, Azərbaycan şairi olmasını faktlarla iştirakçıların nəzərinə çatdırıb.. Yunus Əmrə və Azərbaycan ədəbiyyatı məsələsinə də nəzər salan məruzəçi Nəsimi və Xətayi şeirləri ilə əlaqələrə dair nümunələrdə səsləndirib..
Tədbir Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığına dair qəzəllərin, ilahilərin səsləndirilməsi ilə davam edib. Musiqili bədii hissədə həmçinin Azərbaycan və Türkiyə milli rəqsləri, Nizami Gəncəvinin “Xosrov və Şirin” məsnəvisindən “Xosrov və Fərhadın deyişməsi” səhnəsi, Yunus Əmrə yaradıcılığı ilə bağlı isə “Yunus Əmrə və Tapduq Əmrə” səhnəsi nümayiş etdirilib.