Bakı Avrasiya Universitetinin İctimaiyyətlə əlaqələri ictimaiyyətlə və kütləvi informasiya vasitələri (KİV) ilə səmərəli kommunikasiyanı təşkil edir, universitetin rəsmi internet səhifəsi, sosial şəbəkələrdəki hesabları və video-hostinqlərdəki kanalları vasitəsilə analitik-informasiya fəaliyyətini həyata keçirir. Eyni zamanda, ictimaiyyətin operativ və dəqiq məlumatlandırılmasını təmin edərək universitetin informasiya təhlükəsizliyini qoruyur.
İctimaiyyətlə Əlaqələr Xidməti öz vəzifələrini yerinə yetirərkən universitetin struktur bölmələri, təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumları, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları və digər müvafiq tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
İctimaiyyətlə əlaqələrin fəaliyyət istiqamətləri
-
İctimaiyyət və KİV-lə əlaqələrin təşkilini, idarə edilməsini və inkişafını təmin etmək;
-
Universitetin fəaliyyətinin KİV-də geniş işıqlandırılmasını və bununla bağlı zəruri tədbirlərin görülməsini təmin etmək;
-
Təhsil sahəsinə dair analitik təhlillərin aparılmasını həyata keçirmək;
-
Universitetin strateji kommunikasiyasını planlaşdırmaq və reallaşdırmaq.
İctimaiyyətlə əlaqələrin vəzifələri
-
Universitetin ictimaiyyətlə və KİV-lə əlaqələr sahəsində strateji və cari planlarını hazırlamaq və icra etmək;
-
Ölkədə həyata keçirilən təhsil siyasəti, universitetin fəaliyyəti, nailiyyətləri və yenilikləri barədə ictimaiyyəti və KİV-i məlumatlandırmaq;
-
Universitetin rəsmi internet səhifəsi, sosial media hesabları və digər rəqəmsal platformalarda məlumatların dərc olunmasını, səhifələrin idarə edilməsini və müntəzəm olaraq yenilənməsini təmin etmək;
-
Sosial şəbəkə və digər kommunikasiya vasitələri ilə ictimaiyyətlə qarşılıqlı əlaqəni gücləndirmək, vətəndaşlardan daxil olan müraciətləri nəzərdən keçirərək aidiyyəti üzrə yönləndirmək;
-
Universitetdə keçirilən tədbirlər, konfranslar, beynəlxalq əməkdaşlıq layihələri ilə bağlı press-relizlər, bəyanatlar hazırlamaq və ictimaiyyətə çatdırmaq;
-
İnformasiya sorğularına qanunvericiliyə uyğun şəkildə cavab vermək;
-
Universitet rəhbərliyinin mətbuat konfranslarını, brifinqlərini təşkil etmək;
-
Rektorun və digər rəhbər şəxslərin KİV-də çıxışlarının, müsahibələrinin və məqalələrinin hazırlanmasını təmin etmək;
-
Universitetin təşkil etdiyi tədbirlərdə KİV nümayəndələrinin iştirakını koordinasiya etmək;
-
Universitetin fəaliyyətinə dair foto və video materialların arxivləşdirilməsini təşkil etmək.
Bakı Avrasiya Universitetinin İctimaiyyətlə əlaqələri universitetin nüfuzunun artırılması, cəmiyyətlə effektiv əlaqələrin qurulması və ictimaiyyətin universitetin fəaliyyətindən daim məlumatlı olmasını təmin etmək üçün fəaliyyətini davam etdirir.