Doktorantura və dissertantura

Bakı Avrasiya Universitetinin doktorantura və dissertanturasına fəlsəfə doktoru proqramı üzrə 2024/2025-ci tədris ili tədris ili üçün qəbul:

Bakı Avrasiya Universitetinin doktorantura və dissertanturasına fəlsəfə doktoru proqramı üzrə 2024-cü il üçün qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na uyğun olaraq aşağıdakı elm sahələri və ixtisaslar üzrə aparılır:

Elm sahəsinin

şifri və adı

 

İxtisasın şifri və adı

Qəbul planı

Doktorantura (qiyabi) üzrə

Dissertantura üzrə

53 -“İqtisad elmləri”

5308.01

Ekonometriya: iqtisadi statistika

 

1

5308.01

Ümumi iqtisadiyyat

1

 

5312.01

Sahə iqtisadiyyatı

 

1

57 -“Filologiya elmləri”

5706.01

Azərbaycan dili

1

 

5708.01

German dilləri

1

 

59 - “Siyasi elmlər”

5901.01

Beynəlxalq münasibətlər

 

1

5904.01

Siyasi institutlar və sistemlər

1

 

5908.01

Siyasi nəzəriyyə

 

1