İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) məqsədi - iqtisadi vəziyyətin təhlilinə yönəlmiş dərin və hərtərəfli tədqiqatlar aparmaq, iqtisadi siyasətin təkmilləşdirilməsi və davamlı inkişaf üçün tövsiyələr hazırlamaq, iqtisadiyyatın səmərəli idarə edilməsi, iqtisadi artım üçün innovativ həll yollarını tapmaq və bu sahənin müxtəlif sektorların inkişafında nəticə verə biləcək analitik materiallar təqdim etməkdir.
Elmi tədqiqatların aparılması – iqtisadiyyatın müxtəlif sahələrində mövcud problem, çətinliklər və onların təhlili;
Tövsiyələrin işlənib hazırlanması – mövcud tədqiqat və təhlillər əsasında dövlət iqtisadi siyasətinin optimallaşdırılması üçün tövsiyələrin verilməsi
Dayanıqlı iqtisadi artımın dəstəklənməsi – iqtisadiyyatın uzunmüddətli və tarazlı inkişafına yönəldilmiş strategiya və tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi;
Təhsil və peşəkar inkişaf – iqtisadiyyat sahəsində bilik səviyyəsinin yüksəldilməsi üçün tədris və təlim proqramlarının təşkili.
Monitorinq və proqnozlaşdırma – iqtisadi vəziyyətdəki dəyişiklikləri izləmək, proqnozlaşdırıcı tədqiqatların aparılması və analitik hesabatların hazırlanması.
Dövlət və özəl qurumlarla əməkdaşlıq – birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün dövlət orqanları, biznes və elmi qurumlar arasında səmərəli qarşılıqlı fəaliyyətin dəstəklənməsi.
İqtisadi Tədqiqatlar Mərkəzinin Tədqiqat Sahəsi:
cəmiyyətin sosial-iqtisadi problemlərinin və ölkə iqtisadiyyatının inkişaf perspektivlərinin öyrənilməsi;
yeni dünya düzəninin formalaşması fonunda iqtisadi strukturun transformasiyası proseslərinin öyrənilməsi;
müasir reallıqları nəzərə almaqla iqtisadiyyatın sosial-iqtisadi sistemlərində (milli, regional və yerli səviyyələrində) baş verə biləcək dəyişikliklərin təhlil edilməsi;
müasir cəmiyyətlərdə mövcud olan sosial-iqtisadi problemlər və ətraf mühitin mühafizəsi arasında balansın araşdırılması;
sivilizasiyanın inkişaf modeli haqqında yeni nəzəri araşdırmaların aparılması.
Əlaqə:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 135A, AZE1110 Telefon: +994125646367 E-mail:[email protected]