- 30 Jun 2022
“Narkomaniya ümümbəşəri bəladır və bu son dərəcə təhlükəli bəladan uzaq durmaq gənclərin qarşısında duran prioritet məsələlərdən biridir”. Bu fikirlər Bakı Avrasiya Universitetində təşkil olunmuş narkomaniya əleyhinə maarifləndirmə tədbirində səsləndirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Raqif Allahverdiyev tələbələrə narkomaniyanın vurduğu saysız-hesabsız ziyanından danışaraq, ölkəmizdə bu sahədə aparılan mübarizədən və eyni zamanda gənclər arasında proflaktik tədbirlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb və bundan sonra insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Komissiya rəsmisi qeyd edib ki,dövlət komissiyası ilboyu gənclərin daha səmərəli,sağlam həyata düzgün baxışlarının yönəlməsi istiqamətində bir çox tədbirlər və görüşlər keçirir və bu görüşlərin böyük təsir sfersının olduğunu qeyd edib. Tədbirdə Bakı Avrasiya Universitetinin Tədrisin Təşkili Departamentinin rəhbəri, prof Mənsim Məmmədov və Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov da iştirak ediblər.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb. Narkomaniya əleyhinə slayd təqdim edilib.