Xəbərlər

“AI ilə kiber təhlükələrin aşkarlanması və real məsələ analizi” mövzusunda seminarı keçirilib.

“AI ilə kiber təhlükələrin aşkarlanması və real məsələ analizi” mövzusunda seminarı keçirilib.
  • 13 Apr 2026

Bakı Avrasiya Universitetində (BAAU) Karyera və Təlim Mərkəzinin təşkilatçılığı ilə süni intellekt və kibertəhlükəsizlik sahəsində aktual mövzulara həsr olunmuş “AI ilə kiber təhlükələrin aşkarlanması və real məsələ analizi” adlı seminar keçirilib. 

Seminar müasir texnologiyaların sürətli inkişafı fonunda artan kiber risklərin müzakirəsi və bu sahədə innovativ yanaşmaların təqdim olunması məqsədilə təşkil olunub.

Seminarın spikeri AI və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış mütəxəssis Əfsanə Mustafazadə olub. O, öz çıxışında real kiberhücum nümunələrinin təhlilini aparıb, həmçinin süni intellekt vasitəsi ilə təhlükələrin aşkarlanması metodlarını iştirakçılarla bölüşüb.

Seminar zamanı real kiberhücum nümunələrinin analizi, süni intellekt əsaslı təhlükə aşkarlama yanaşmaları və praktik tətbiq imkanları kimi mövzular ətrafında geniş müzakirələr aparılıb. 

Seminarda informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsinə maraq göstərən BAAU-nun tələbələri iştirak edib. Seminar iştirakçıların suallarının cavablandırılması və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Digər Xəbərlər