Tədrisin Təşkili Departamenti

Tədrisin Təşkili Departamenti

Image

Natella Zakir qızı Quliyeva

Tədrisin Təşkili  Departamentinin rəhbəri

 Tədrisin təşkili departamenti Universitetdə tədris prosesinin təşkili və idarə olunmasını təmin edən əsas struktur bölməsidir.

 Departamentin vəzifəsi ali təhsil pilləsinin səiyyələri üzrə təsdiq olunmuş dövlət təhsil standartlarına uyğun olaraq Universitetdə tədris prosesinin planlaşdırılmasını, təşkilini, həyata keçirilməsini və tədris prosesinə nəzarəti təmin etməkdir.

 Departament qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün aşağıdakı istiqamətlərdə fəaliyyəti göstərir:

  • tədris prosesinin planlaşdırılması: kadr hazırlığının strukturunu müəyyən edir, tələbə qəbulu planına dair təkliflərin hazırlayır;
  • kadr hazırlığını həyata keçirən fakültə və kafedralarla birgə dövlət təhsil standartlarına və müvafiq təhsil proqramlarına əsasən ixtisaslar və təhsil səviyyələri üzrə tədris planlarını, tədris qrafiklərini, tədris prosesinin qrafikini hazırlayır; 
  • tədris prosesinin cari planlaşdırılması məqsədilə digər tədris-metodiki sənədləri: akademik təqvimin, auditoriya və auditoriyadankənar dərs cədvəllərinin, sessiyalar üzrə imtahan cədvəllərinin, YDA və buraxılış işləri üzrə cədvəllərin və s. hazırlanmasını təmin edir;
  • təhsilalanların hər tədris ilində fərdi təhsil trayektoriyasının planlaşdırılması üçün fərdi  tədris planlarının qeydiyyatını həyata keçirir;
  • ixtisaslar və təhsil səviyyələri üzrə tədris planları, tədris qrafikləri və təhsilalanların fərdi tədris planları əsasında fakültə və kafedraların tədris ili üçün tədris işinin həcmini müəyyənləşdirir, tədris olunan fənlərin uyğun kafedralara təhkim olunmasını təmin edir;
  • tədris prosesinin təşkili: tədris prosesinin qüvvədə olan normativ sənədlərə əsasən kredit sistemi ilə təşkili edilməsini təmin edir;
  • tədris prosesinin həyata keçirilməsi üçün fakültə və kafedralar tərəfindən dərs və imtahan cədvəllərinin mövcud qaydalara uyğun hazırlanmasını təmin edir;
  • tədris prosesini həyata keçirən fakültə və kafedraların fəaliyyətini koordinasiya edir;
  • tələbələrin qəbul qeydiyyatının və  şəxsi işlərinin müvafiq qaydada aparılmasını təmin edir;
  • dövlət nümunəli sənədlərlə işi həyata keçirir;
  • tədris prosesinin həyata keçirilməsinə nəzarət: 
  • fakültə, kafedra və bütün tədris struktur bölmələrinin tədris prosesinin həyata keçirilməsinə yönəlmiş fəaliyyətinin təhsil qanunvericiliyinə uyğun təşkilinə nəzarət edir; 
  • tədris prosesinin qrafikinin yerinə yetirilməsinə, o cümlədən dərs və imtahan cədvəllərinin yerinə yetirilməsinə nəzarət edir;
  • yuxarı təşkilatların tədris-metodiki fəaliyyətə dair qərarlarının tədris prosesinə tətbiqini təmin edir, mövcud normativ sənədlər əsasında tədris-metodiki fəaliyyətin tənzimlənməsini təmin edən lokal aktları (əmr, sərəncam) hazırlayır və yerinə yetirilməsinə nəzarət edir;
  • Universitet auditoriya fondunun təyinatı üzrə bölüşdürülməsi və  tədris prosesinin məqsədləri üçün səmərəli istifadəsinə nəzarət edir;
  • dərslərin gedişinə, təhsilalanların biliyinin cari, aralıq və yekun qiymətləndirilməsinin təşkili və keçirilməsinə nəzarət edir və göstəriciləri təhlil etməklə qiymətləndirir;
  • buraxılış yekun attestasiya komissiyalarının işinin təşkili və keçirilməsinə nəzarət edir, komissiyaların hesabatlarını ümumiləşdirilməklə yekun hesabat hazırlayır;
  • ixtisas təcrübələrinin təşkili və keçirilməsinə nəzarət edir;
  • tədris prosesinin statistik göstəriciləri üzrə, o cümlədən, tələbə kontingentinin say və hərəkəti üzrə hesabatları hazırlayır;
  • PMH pedaqoji tapşırıqlarının bölgüsü və yerinə yetirilməsinə nəzarət edir, fakültə və kafedraların müvafiq hesabatlarını qəbul etməklə ümumiləşdirir; 
  • tələbələrin qəbul qeydiyyatının və fakültələrin məzun göstəricilərinin təhlilini aparmaqla kadr hazırlığının strukturuna dair təkliflər verir;
  • kadr hazırlığı aparılan ixtisas və ixtisaslaşmaların daxili və xarici keyfiyyət təminatı strukturları tərəfindən qiymətləndirilməsi üçün zəruri prosedurları həyata keçirir;
  • tədris prosesinin göstəricilərini mütəmadi olaraq təhlil etməklə qiymətləndirir, prosesin təşkili mexanizminin təkmilləşdirilməsi üçün hazırladığı göstəriş və tövsiyələrə əməl olunması ilə bağlı tədbirləri həyata keçirir;
  • tədris prosesinin yekunlarına dair illik hesabat hazırlayır.

Departamentin tərkibində Tədrisin təşkli sektoru və Qeydiyyat ofisi fəaliyyət göstərir. Qeydiyyat öfisi təhsilalanların qəbul qeydiyyatını və şəxsi işlərinin aparılmasını, fərdi tədris planlarının uçotunu, dövlət nümunəli sənədlərlə işi təmin edir. Departamentin digər istiqamətlərdəki fəaliyyəti Tədrisin təşkili sektoru tərəfindən həyata keçirilir. 

Departamentin strukturuna departament rəhbəri, qeydiyyat ofisinin müdiri, tədrisin təşkili sektorunun müdiri, baş mütəxəssislər, mütəxəssislər və istehsalat təcrübəsinin rəhbəri vəzifələri daxildir. Departament heyəti tədrisin təşkili və idarəolunması sahəsində geniş təcrübəyə malik peşəkar əməkdaşlardan ibarətdir.

Departamentin rəhbəri Natella Zakir qızı Quliyevadır.