Beynəlxalq əlaqələr üzrə departament

Beynəlxalq əlaqələr üzrə Departament


Alıyev Rəşad Kamil oğlu

Beynəlxalq əlaqələr Departamentinin rəhbəri

Beynəlxalq əlaqələr departamenti universitetin təhsil xidməti sferasında rəqabət qabiliyyətliliyinin artırılması, təhsil, elm və digər fəaliyyət sahələrində keyfiyyətin yüksəldilməsi  və beynəlmiləlləşməsi məqsədilə yardılmış struktur bölməsidir.

Departamentin fəaliyyəti aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

  • Universitetin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətini həyata keçirmək, nəticə və perspektivlərini analiz etmək;
  • milli və beynəlxalq layihələrin koordinasiyası və həyata keçirilməsi;
  • Yerli və xarici ali təhsil müəsissələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Universitetin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə ölkədə və xaricdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, xarici ölkələrin səfirlikləri ilə əməkdaşlıq edilməsi;
  • beynəlxalq tədbirlərin təşkili və keçirilməsi;
  • Akademik mobilliyin təmin olunması;
  • əcnəbi tələbələrin cəlbi.

Departamentin strukturuna departament rəhbəri, Əcnəbi tələbələrlə iş sektorunun müdiri, baş mütəxəssis və mütəxəssis vəzifələri daxildir. Departament heyəti beynəlxalq əlaqələr sahəsində təcrübəyə malik peşəkar əməkdaşlardan ibarətdir.

Departamentin rəhbəri Alıyev Rəşad Kamil oğludur.