- 30 Sep 2021
30 sentyabr 2021- ci il tarixində Bakı Avrasiya Universitetinin (BAU) Elmi işləri üzrə prorektoru, professor Gülzar İbrahimova, və tərcümə kafedrasının müdiri dos. Sevda Rzayeva “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) yaradılması layihəsi çərçivəsində layihənin koordinatoru olan Bakı Biznes Universitetində keçirilən görüşdə iştirak ediblər. Görüş zamanı prorektorlarla müsahibə də baş tutub.
Layihənin əsas məqsədi universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın qurulmasına, inkişaf etdirilməsinə nail olmaqdır. ECAR təhsilin beynəlmilliləşməsinə, rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunun artırılmasına, eyni zamanda, universitetlərin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradılmasına, onların rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək verməyi hədəfləyib.
Layihə çərçivəsində universitet rəhbərləri, akademik heyət, tələbələr, məzunlar, əmək bazarı nümayəndələri arasında geniş tədqiqat aparılıb və bu tədqiqat nəticəsində ali təhsil müəssisələri arasında olan münasibətlər, təhsildə yaranan problemlər və digər məsələlər müəyyənləşdirilib.
2021-2024-cü illəri əhatə edən ECAR layihəsi Avropa Birliyi tərəfindən maliyyələşdirilən Erasmus+ KA2- potensialın artırılması layihəsidir.