- 24 Mar 2025
Bakı Avrasiya Universitetinin (BAAU) bir qrup tələbəsi “Mənim xonçam gözəldir” adlı Novruz festivalında iştirak edib. Tədbir martın 15-16-sı tarixlərində Bakı şəhərinin Dəniz Vağzalında baş tutub və yazın gəlişini, milli dəyərlərimizi təbliğ etmək məqsədini daşıyıb. Tələbələr festivala BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva ilə birgə qatılıblar.
Festival çərçivəsində tələbələr milli adət-ənənələrimiz, qədim sənətkarlıq nümunələri və incəsənət sərgiləri ilə yaxından tanış olublar. “Mənim Xonçam Gözəldir” müsabiqəsində iştirakçılar öz bəzədilmiş Novruz xonçalarını təqdim ediblər. Həmçinin, festivalın əsas hissələrindən biri olan sənətkarlıq sərgilərində qədim Azərbaycan sənətinin müxtəlif nümunələri nümayiş olunub.
Qeyd edək ki, tələbə gənclərin milli mədəniyyətə bağlılığını və ənənələrin gələcək nəsilə ötürülməsində fəal iştirakı BAAU-da xüsusi önəm verilir və bu tip tədbirlərd iştirak diqqət mərkzəində saxlanılır.