Xəbərlər

BAAU-da beynəlmiləlləşmə siyasətinin hazırlanması üzrə işçi qrupun ilk iclası keçirildi

BAAU-da beynəlmiləlləşmə siyasətinin hazırlanması üzrə işçi qrupun ilk iclası keçirildi
  • 07 Feb 2018

Bakı Avrasiya Universitetində (BAAU) beynəlmiləlləşmə siyasətinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ilk iclası keçirildi. İclasda universitetin beynəlmiləlləşmə istiqamətləri, mövcud vəziyyətin təhlili, regional və qlobal tendensiyalara uyğun şəkildə siyasətin yenidən formalaşdırılması məsələləri müzakirə edildi.

İşçi qrupun tərkibinə universitetin akademik, inzibati və beynəlxalq münasibətlər sahəsində təcrübəli nümayəndələri daxildir. Görüş zamanı aşağıdakı əsas qərarlar qəbul edilmişdir:

- Beynəlmiləlləşmə siyasətinin konseptual çərçivəsinin hazırlanması;

- Universitetin beynəlxalq tərəfdaşlıq və mobillik strategiyalarının hazırlanması;

- Xarici tələbə siyasətinin formalaşdırılması və rəqabətqabiliyyətliliyinin artırılması.

İclasda həmçinin BAAU-nun beynəlmiləlləşmə siyasətinin hazırlanması prosesində şəffaflığın və kollektiv qərarvermənin təmin olunması məqsədilə geniş müzakirələrin aparılacağı və siyasətin son variantı universitet rəhbərliyinə təqdim olunacağı qeyd edilib.

BAAU-da beynəlmiləlləşmə siyasətinin hazırlanması üzrə işçi qrupun ilk iclası keçirildi

Digər Xəbərlər