XƏBƏRLƏR

BAAU-da doktoranturaya qəbul çərçivəsində ixtisas imtahanları keçirilib

BAAU-da doktoranturaya qəbul çərçivəsində ixtisas imtahanları keçirilib
  • 10 Sep 2026

Bakı Avrasiya Universitetində (BAAU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul çərçivəsində ixtisas imtahanları keçirilib. İmtahanlar 5302.01 – Ekonometriya, 5308.01 – Ümumi iqtisadiyyat, 5312.01 – Sahə iqtisadiyyatı, 5704.01 – Dil nəzəriyyəsi və 5708.01 – German dilləri ixtisasları üzrə BAAU-nun Elm, innovasiya və doktorantura sektoru tərəfindən təşkil olunub.

İxtisas imtahanlarının keçirilməsində əsas məqsəd doktoranturaya namizədlərin elmi-tədqiqat fəaliyyətinə hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli tədqiqatçıların seçilməsi və onların gələcək elmi fəaliyyətə cəlb olunmasına şərait yaradılmasıdır.

İmtahan prosesi doktoranturaya qəbul üzrə müəyyən edilmiş normativ tələblərə və müvafiq qaydalara uyğun şəkildə həyata keçirilib. Namizədlərin seçdikləri ixtisaslar üzrə nəzəri bilikləri, elmi-metodoloji hazırlığı və tədqiqat aparmaq bacarıqları qiymətləndirilib.

BAAU-da doktorantura üzrə qəbul prosesinin təşkilində elmi potensialın inkişaf etdirilməsi, elmi-tədqiqat fəaliyyətinin təşviqi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması əsas prioritet istiqamətlərdəndir.

DİGƏR XƏBƏRLƏR