XƏBƏRLƏR

BAAU-da “Komanda dinamikası və effektiv əməkdaşlıq” mövzusunda təlim keçirilib

BAAU-da  “Komanda dinamikası və effektiv əməkdaşlıq” mövzusunda təlim keçirilib
  • 18 Nov 2026

Bakı Avrasiya Universiteti (BAAU) və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə təşkilatçılığı ilə “Peşəkar Karyera” layihəsi çərçivəsində “Komanda dinamikası və effektiv əməkdaşlıq” mövzusunda təlim təşkil olunub.

Təlimdə Milli Observatoriyanın İnsan Resursları və sənədlərlə iş şöbəsinin aparıcı mütəxəssisi Leyla Tahirli komanda dinamikasının əsas xüsusiyyətləri, effektiv əməkdaşlığın formalaşmasında qarşılıqlı etimadın və düzgün ünsiyyətin rolu, eləcə də komanda daxilində iş bölgüsünün əhəmiyyəti barədə məlumat verib.

Çıxış zamanı birgə fəaliyyətin, qarşılıqlı anlaşmanın və əməkdaşlıq mühitinin gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Təlim interaktiv formatda davam edib və iştirakçıların sualları cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR