Xəbərlər

BAAU-da “Təhsildə inklüziv yanaşmalar” mövzusunda təlim keçirilib

BAAU-da “Təhsildə inklüziv yanaşmalar” mövzusunda təlim keçirilib
  • 16 Feb 2023

Bakı Avrasiya Universitetində Türkiyənin Bartın Universitetinin əməkdaşı Dr. Ayşənur Nazik Fayızın iştirakı ilə “Təhsildə inklüziv yanaşmalar” mövzusunda təlim keçirilib.

Təlimdə  təhsil sisteminin əsas məsələlərindən biri olan inklüziv təhsilin meyarları və bu təhsil növünə ehtiyacı olan tələbələrlə davranış qaydalarından danışılıb. Eyni zamanda, fiziki və zehni qüsurlu tələbələrlə dərs prosesində və imtahan zamanı xüsusi yanaşma metodları müzakirə olunub.

Daha sonra disleksiya, diqqət dağınıqlığı, autizim sindromu olan, görmə və ya eşitmə qabiliyyəti məhdud, həmçinin, psixi inkişaf ləngliyi olan tələbələrlə yeni davranış qaydalarına toxunulub, ümumi dərs auditoriyalarında onların təhsilə cəlb edilmə imkanları, baş verəcək risklər də iştirakçıların nəzərinə çatdırılıb.

BAAU-nun professor və müəllim heyətinin də iştirak etdiyi təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib, gələcəkdə bu mövzuda seminarların təşkili barədə razılıq əldə edilib.

Digər Xəbərlər