XƏBƏRLƏR

BAAU ilə Pakistanın Northern Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

BAAU ilə Pakistanın Northern Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
  • 25 Sep 2026

Bakı Avrasiya Universiteti (BAAU) ilə Pakistanın Northern Universiteti arasında akademik və elmi əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. 

Sənədi BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və Northern Universitetinin rəhbəri Taha Jamil Sawar imzalayıblar.

İki ali təhsil müəssisəsi arasında imzalanan Anlaşma Memorandumu akademik və elmi əlaqələrin genişləndirilməsinə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin təşviqinə xidmət edir.

Memorandum çərçivəsində akademik və inzibati heyətin, eləcə də tələbələrin mobilliyi, birgə elmi tədqiqatların aparılması, institusional potensialın inkişafına yönəlmiş təlim proqramlarının təşkili nəzərdə tutulur.

Sənəddə, həmçinin elmi konfrans və seminarlarda qarşılıqlı iştirak, akademik material və məlumat mübadiləsi, qısamüddətli akademik proqramların təşkili, eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran layihə və proqramların birgə həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri əksini tapıb.

İmzalanmış memorandum BAAU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, Pakistanın ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf etdirilməsi və gələcəkdə birgə təhsil, tədqiqat və akademik mübadilə təşəbbüslərinin həyata keçirilməsi üçün yeni imkanlar yaradır.

DİGƏR XƏBƏRLƏR