- 19 Nov 2026
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımov Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin professoru, Kipr Siyasət Mərkəzinin direktoru Ahmet Sözenlə görüşüb.
Görüşdə BAAU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva da iştirak edib.
Görüş zamanı universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri, akademik əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, eləcə də birgə elmi-tədqiqat və təhsil layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.
Qeyd edək ki, Prof. Dr. Ahmet Sözen Orhun Mübadilə Proqramı çərçivəsində 15–29 noyabr tarixlərində Bakı Avrasiya Universitetində akademik səfərdədir. Səfər müddətində professor bakalavriat, magistratura və doktorantura tələbələri, eləcə də gənc tədqiqatçılar üçün silsilə mühazirələrlə çıxış edəcək.




