XƏBƏRLƏR

BAAU UI GreenMetric 2026 reytinqində mövqeyini yaxşılaşdırıb

BAAU UI GreenMetric 2026 reytinqində mövqeyini yaxşılaşdırıb
  • 25 Sep 2026

Bakı Avrasiya Universiteti (BAAU) ali təhsil müəssisələrinin dayanıqlı inkişaf və ekoloji fəaliyyət göstəricilərini qiymətləndirən UI GreenMetric World University Rankings 2026 reytinqində mövqeyini yaxşılaşdırıb. 2026-cı il nəticələrinə əsasən, BAAU 4912 bal toplayaraq qlobal reytinqdə 1214-cü pillədə qərarlaşıb. Bu nəticə universitetin dayanıqlı inkişaf, ekoloji məsuliyyət və “yaşıl kampus” istiqamətində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.

UI GreenMetric Dünya Universitetləri Reytinqi 2026-cı ildə 110 ölkədən 2016 ali təhsil müəssisəsini əhatə edib. Reytinqdə Azərbaycandan 22 ali təhsil müəssisəsi iştirak edib. BAAU ölkə üzrə 15-ci pillədə qərarlaşıb.

2026-cı il nəticələrində BAAU-nun xüsusilə “Enerji və İqlim Dəyişikliyi” kateqoriyası üzrə göstəricilərində əhəmiyyətli artım qeydə alınıb. Belə ki, universitet bu istiqamətdə topladığı balı 660-dan 1160-a yüksəldib. Bu isə əvvəlki göstərici ilə müqayisədə təxminən 76 faiz artım deməkdir.

Əldə olunan nəticə BAAU-da dayanıqlı inkişaf və ekoloji məsuliyyət istiqamətində həyata keçirilən tədbirlərin davamlı şəkildə təkmilləşdirildiyini, eyni zamanda universitetin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərdiyini nümayiş etdirir.

BAAU UI GreenMetric 2026 reytinqində mövqeyini yaxşılaşdırıb

DİGƏR XƏBƏRLƏR