Xəbərlər

YÖKAK sədri Bakı Avrasiya Universitetində

YÖKAK sədri Bakı Avrasiya Universitetində
  • 08 May 2022

Bakıda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TİKA) təşkilatçılığı ilə "Ali təhsildə keyfiyyət təminatı" mövzusunda  beynəlxalq forumun açılışı olub. Mərasimdə iştirak edən Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri, professor Muhsin Kar səfər çərçivəsində Bakı Avrasiya  Universitetini də ziyarət edib.  Qonağı salamlayan rektor,professor Nazim Hüseynli  Bakı Avrasiya Universiteti ilə YÖKAK arasında əməkdaşlıq əlaqələrindən danışıb. Öz növbəsində,

yenidən Bakı Avrasiya Universitetində  olmaqdan məmnunluğunu ifadə edən Muhsin Kar BAAU ilə əməkdaşlığa xüsusi önəm verdiyini və əlaqələrin bundan sonra da sıx davam etdirəcəklərini qeyd edib.YÖKAK sədri, Niğde Ömer Halisdemir Universitetinin rektoru olduğu zamanları xatırladaraq Bakı Avrasiya Universitetini Türk Dünyası Araşdırmaları sempoziumunun dəyərli ortağı adlandırıb və son illərdə BAAU-nun  Türkiyə universitetləri ilə mütamadi  sıx əməkdaşlığını yüksək qiymətləndirib.Bakı Avrasiya Universitetini doğma  universitet adlandıran  YÖKAK  sədri  tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bundan sonra da öz dəstəyini əsirgəməyəcəyini bildirib.

YÖKAK sədri Bakı Avrasiya Universitetində

Digər Xəbərlər