- 13 Nov 2026
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru dos. Səyavuş Qasımov universitetin İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Cem Işıkı qəbul edib.
Görüşdə ali təhsil sahəsindəki müasir dəyişikliklər, universitetin elmi-tədqiqat fəaliyyətinin inkişafı, akademik potensialın gücləndirilməsi və yeni əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin elmi araşdırmaların təşviqi və tədqiqat nəticələrinin akademik mühitə inteqrasiyası məsələləri nəzərdən keçirilib.
Rektor dos. Səyavuş Qasımov BAAU-da elmi-tədqiqat fəaliyyətinin inkişafının, akademik təşəbbüslərin dəstəklənməsinin və universitetin elmi potensialının gücləndirilməsinin prioritet istiqamətlər olduğunu vurğulayıb.Bu istiqamətdə həyata keçirilən təşəbbüslərin universitetin elmi potensialının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.
Görüşün sonunda rektor dos. Səyavuş Qasımov Cem Işıkı “Bakı Avrasiya Universitetində elmi-tədqiqat fəaliyyətinin inkişafı, akademik heyətin tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və universitetin elmi nüfuzunun yüksəldilməsinə verdiyi dəyərli töhfələrə görə” təşəkkürnamə ilə təltif edib.
Cem Işık göstərilən diqqətə görə universitetin rəhbərliyinə təşəkkür edib.




