- 16 Apr 2026
Bakı Avrasiya Universiteti (BAAU) ilə Caspian Analitik Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində TV1-in rəsmi YouTube kanalında yeni analitik verlişə start verilib. Verlişin əsas məqsədi beynəlxalq və regional müstəvidə baş verən mühüm prosesləri, qlobal gündəmdə yer alan aktual məsələləri elmi-analitik yanaşma əsasında müzakirə edib geniş auditoriyaya çatdırmaqdır.
Xüsusilə, BAAU-nun elmi potensialından bəhrələnməklə dünyada və müxtəlif cəmiyyətlərdə baş verən hadisələrin mahiyyətini və inkişaf dinamikasını ölkə auditoriyasına çatdırmaqdır. Bunun üçün fərqli sahələr üzrə ixtisaslaşmış ekspertlər cəlb edilməklə mütəmadi müzakirələrin təşkili nəzərdə tutulur.
Sözügedən verlişin ilk buraxılışında qonaq qismində BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov iştirak edib.
Verlişin ilk buraxılışı “İranda baş verən proseslər fonunda yeni dünya nizamı və turbulentlik” mövzusuna həsr olunub. Veriliş zamanı regionda və beynəlxalq münasibətlər sistemində müşahidə olunan dəyişikliklər, geosiyasi proseslərin dinamikası, eləcə də mövcud çağırışlar elmi əsaslarla təhlil edilib.
Qeyd edək ki, verlişin növbəti buraxılışlarında da qlobal və regional əhəmiyyət kəsb edən mövzuların müzakirəsi davam etdiriləcək.
Verlişin ilk buraxılışına təqdim olunan link vasitəsilə baxmaq olar: https://lnkd.in/drPWEg2U




