Xəbərlər

Universitetdə “HTML Fundamentals” təlimlərinə start verilib.

Universitetdə “HTML Fundamentals” təlimlərinə start verilib.
  • 13 Apr 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektoru tərəfindən təşkil olunan “Frontend Development Proqramı” çərçivəsində “HTML Fundamentals” mövzusuna həsr edilmiş təlimlərə start verilib.

Təlim proqramı universitetin İKT kafedrasının müəllimi Musa Bayramlının elmi-pedaqoji dəstəyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi iştirakçılara veb proqramlaşdırmanın ilkin mərhələsi olan HTML dili üzrə fundamental biliklərin aşılanması, onların praktiki bacarıqlarının inkişaf etdirilməsi və müasir informasiya texnologiyaları sahəsində peşəkar hazırlığa töhfə verməkdir.

İki həftəlik müddəti əhatə edən təlimlər çərçivəsində iştirakçılar “HTML”in əsas strukturu, elementləri, semantik yanaşma prinsipləri, səhifə quruluşu və digər vacib mövzular üzrə həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.

Qeyd edək ki, BAAU tərəfindən təşkil olunan bu cür proqramlar tələbələrin və gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, onların əmək bazarının tələblərinə uyğun şəkildə formalaşdırılmasına xidmət edir. 

Digər Xəbərlər