XƏBƏRLƏR

Universitetimiz Milli Observatoriyanın icra etdiyi “Peşəkar karyera” layihəsində iştirak edir

Universitetimiz Milli Observatoriyanın icra etdiyi “Peşəkar karyera” layihəsində iştirak edir
  • 12 May 2026

Bakı Avrasiya Universiteti (BAAU) və bir neçə seçilmiş ali təhsil müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın icra etdiyi “Peşəkar karyera” layihəsində iştirak hüququ qazanıb. Layihənin məqsədi tələbələrin yumşaq bacarıqlarının mövcud vəziyyətini əmək bazarının faktiki tələbi ilə müqayisə etməklə, onların inkişafı istiqamətində hədəflənmiş təlimlərin keçirilməsini nəzərdə tutur.  

Sözügedən layihə çərçivəsində ilk toplantı Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin iştirakı ilə təşkil olunub. Toplantıda Milli Observatoriya ilə əməkdaşlıq memorandumu imzalamış 11 universitetin Karyera mərkəzlərinin rəhbərləri və əməkdaşları iştirak edib. Toplantıda BAAU-nun Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və mərkəzin karyera məsləhətçisi Aydan Xankişiyeva iştirak edib.  

Tədbirdə “Peşəkar Karyera” layihəsi barədə ətraflı məlumat verilib və layihənin universitetlərlə əmək bazarı arasında körpü yaratmağa xidmət edən strateji təşəbbüs olduğu vurğulanıb. Qeyd olunub ki, layihə çərçivəsində gənclərin iş dünyasına daha hazırlıqlı daxil olmasına, işəgötürənlərin isə ixtisaslı kadr tapmaq imkanlarının genişlənməsinə dəstək göstəriləcək. Layihənin nəticəsində işçi qüvvəsi daha çevik və rəqabətqabiliyyətli olacaq, habelə sosial inklüzivlik daha da artacaq. Layihə təhsil və əmək bazarının real ehtiyaclarının uyğunlaşdırılmasına yönəlib.

Tədbir iştirakçıları layihəni yüksək qiymətləndiriblər və onları maraqlandıran suallar layihənin işçi komandası tərəfindən cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR