Xəbərlər

Universitetimizdə “Folklor və yazılı ədəbiyyat” mövzusunda ustad dərsi keçirilib.

Universitetimizdə “Folklor və yazılı ədəbiyyat” mövzusunda ustad dərsi keçirilib.
  • 17 Apr 2026

Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Folklor və yazılı ədəbiyyat” mövzusunda ustad dərsi keçirilib. Tədbirin qonağı tanınmış alim, akademik Muxtar İmanov olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsinin öyrənilməsinin elmi əhəmiyyətini vurğulayıb, bu istiqamətdə keçirilən tədbirlərin ali təhsil mühitində xüsusi yer tutduğunu qeyd edib.

Akademik Muxtar İmanov çıxışı zamanı folklorun milli-mədəni irsin formalaşmasındakı rolu, onun yazılı ədəbiyyatla qarşılıqlı təsiri, eləcə də bu sahədə aparılan elmi tədqiqatların aktuallığı barədə ətraflı məruzə ilə çıxış edib.

Ustad dərsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbir çərçivəsində səsləndirilən suallar akademik tərəfindən ətraflı şəkildə cavablandırılıb. 

Geniş müzakirələr şəraitində davam edən görüşün sonunda akademik Muxtar İmanova universitet mühitinin inkişafına verdiyi töhfəyə görə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, ustad dərsi iştirakçılar üçün həm nəzəri, həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edib, ədəbiyyat sahəsində biliklərin zənginləşməsinə xidmət göstərib.

Digər Xəbərlər