- 30 Apr 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və təlim mərkəzi ilə TGT-nin birgə hazırladıqları layihə çərçivəsində tələbə və əməkdaşların psixoloji rifahının gücləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi iştirakçıların stressin idarə olunması, effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və emosional balansın qorunması istiqamətində bilik və bacarıqlarının artırılması olub.
Maarifləndirici tədbir universitetin psixoloqu Nüşabə Quliyeva tərəfindən təşkil olunub. O, tədbir çərçivəsində “Stresslə necə baş edək?”, “Daha effektiv necə ünsiyyət quraq?” və “Emosional balansı necə qoruyuruq?” mövzuları üzrə ətraflı və interaktiv müzakirələr aparılıb, tələbələrin iştirakı ilə səhnəciklər təşkil olunub, həmçinin iştirakçıların fəal iştirakı ilə qrup müzakirələri aparılıb.
Görüşdə BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının müdiri dosent Sevil Bəhrəmova, Biznes və menecment kafedrasının müdiri dosent Mətanət Qurbanova, “Riyaziyyat və İKT” kafedrasının müdiri dosent Afət Həsənova çıxış edərək mövzunun aktuallığını vurğulayıb, bu kimi təşəbbüslərin tələbələrin şəxsi inkişafı və psixoloji dayanıqlılığının artırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.




