XƏBƏRLƏR

Universitetimizdə magistrantların dissertasiya müdafiəsi keçirilib

Universitetimizdə magistrantların dissertasiya müdafiəsi keçirilib
  • 30 Jun 2026

Bakı Avrasiya Universitetində (BAAU) magistratura səviyyəsi üzrə təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib.

Müdafiələr universitetin təsdiq olunmuş qrafikinə uyğun olaraq ixtisaslar üzrə yaradılmış İxtisaslaşdırılmış şura üzvlərinin iştirakı ilə təşkil olunub. Magistrantlar dissertasiya işlərinin əsas elmi nəticələrini təqdim edərək tədqiqatlarının aktuallığı, məqsədi, metodologiyası və əldə olunan nəticələr barədə ətraflı məlumat veriblər.

Komissiya üzvləri təqdim olunan dissertasiya işlərini elmi yenilik, praktik əhəmiyyət və mövzunun mənimsənilmə səviyyəsi baxımından qiymətləndirib, magistrantlara gələcək elmi fəaliyyətləri ilə bağlı tövsiyələr veriblər.

Müdafiələrin yekununda magistrantların təqdim etdikləri dissertasiya işləri müvafiq qaydada qiymətləndirilib və onların magistratura təhsilini uğurla başa vurduqları qeyd olunub.

BAAU magistratura təhsilinin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.

DİGƏR XƏBƏRLƏR