XƏBƏRLƏR

Universitetimizdə “Peşəkar Karyera” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Universitetimizdə “Peşəkar Karyera” layihəsi çərçivəsində növbəti təlim keçirilib
  • 15 Nov 2026

Bakı Avrasiya Universiteti (BAAU) və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə təşkilatçılığı ilə “Peşəkar Karyera” layihəsi çərçivəsində “Sözdən Nəticəyə: Karyerada Məsuliyyət və Öhdəlik” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Tədbirdə Milli Observatoriyanın Təlimlərin təşkili və koordinasiyası şöbəsinin baş mütəxəssisi Mədinə Mirili çıxış edərək müasir əmək bazarında peşəkar uğurun əldə olunmasında məsuliyyət və öhdəlik prinsiplərinin roluna toxunub.

Çıxışda karyera inkişafının yalnız nəzəri bilik və peşə bacarıqları ilə məhdudlaşmadığı, eyni zamanda məsuliyyətli davranış, işə sadiqlik, təşəbbüskarlıq və üzərinə götürülən öhdəliklərin layiqincə yerinə yetirilməsi ilə sıx bağlı olduğu vurğulanıb. Bildirilib ki, peşəkar mühitdə etimadın formalaşması və davamlı uğurun əldə edilməsi üçün şəxsi məsuliyyət və nəticəyönümlü yanaşma mühüm əhəmiyyət daşıyır.

Təlim çərçivəsində tələbələrlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb, gələcək karyera fəaliyyətində qarşılaşa biləcəkləri situasiyalar və onların həlli yolları müzakirə olunub.

Bakı Avrasiya Universitetində həyata keçirilən “Peşəkar Karyera” layihəsi tələbələrin əmək bazarı haqqında məlumatlılığının artırılmasına, onların peşəkar bacarıqlarının inkişafına və gələcək karyera imkanlarına hazırlanmasına xidmət edir.

DİGƏR XƏBƏRLƏR