XƏBƏRLƏR

Universitetimizdə Qazaxıstanın tanınmış alimi seminar keçib

Universitetimizdə Qazaxıstanın tanınmış alimi seminar keçib
  • 18 Sep 2026

Bakı Avrasiya Universitetində (BAAU) Qazaxıstan Respublikasının L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin Nəzəri və tətbiqi dilçilik kafedrasının professor-tədqiqatçısı, filologiya elmləri doktoru Şolpan Jarkınbekovanın iştirakı ilə universitetimizin professor-müəllim heyəti üçün “Alimin akademik trayektoriyası: ideyadan və tədqiqatdan beynəlxalq nəşrə qədər” mövzusunda seminar keçib.

Seminardan öncə professor Şolpan Jarkınbekova BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva ilə görüşüb. Görüşdə iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlığın inkişaf perspektivləri, beynəlxalq əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Daha sonra professor Şolpan Jarkınbekova və onu müşayət edən pedqogika elmləri namizədi dosent Bəxt X. Qaliyeva və filologiya elmləri namizədi dosent Gülbağırа K. Ayupova BAAU-nun professor-müəllim heyətinə, doktorant və magistrantlara “Alimin akademik trayektoriyası: ideyadan və tədqiqatdan beynəlxalq nəşrə qədər” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı professor Şolpan Jarkınbekova elmi fəaliyyətinin əsas istiqamətləri, akademik tədqiqatların aparılması, elmi ideyaların formalaşdırılması və tədqiqat nəticələrinin beynəlxalq elmi nəşrlərdə təqdim olunması ilə bağlı təcrübəsini bölüşüb. 

Tədbirdə, həmçinin müasir elmi mühitdə beynəlxalq əməkdaşlığın rolu və akademik əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində olub.

Görüş interaktiv şəkildə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda qonağa BAAU-nun rəhbərliyi tərəfindən sertifikat və xatirə hədiyələri təqdim edilib. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR