- 25 May 2026
Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin “Riyaziyyat və İKT” kafedrasının təşkilatçılığı ilə “Süni intellektin tədris prosesinə tətbiqi” mövzusunda elmi seminar keçirilib.
Seminarda universitetin professor-müəllim heyəti, tələbələr və müxtəlif sahələr üzrə mütəxəssislər iştirak ediblər. Tədbirin məqsədi süni intellekt texnologiyalarının təhsil sahəsində tətbiq imkanlarının müzakirəsi, müasir rəqəmsal yanaşmaların tədris prosesinə inteqrasiyası və innovativ təhsil metodlarının təşviqi olub.
Seminarı giriş sözü ilə açan “Riyaziyyat və İKT” kafedrasının müdiri, dosent Afət Həsənova süni intellektin müasir təhsil sistemində artan rolundan bəhs edib. O bildirib ki, süni intellekt əsaslı texnologiyalar tədrisin keyfiyyətinin yüksəldilməsi, fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirilməsi və təhsil resurslarının daha səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Seminarda “Riyaziyyat və İKT” kafedrasının müəllimi Kərim Tahiroğlu çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, süni intellekt texnologiyalarının təhsil sistemində yaratdığı yeni imkanlardan danışıb. O qeyd edib ki, bu texnologiyalar tələbələrin analitik və yaradıcı düşünmə bacarıqlarının inkişafına, tədris prosesinin təkmilləşdirilməsinə və rəqəmsal təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir.
Tədbirdə “Riyaziyyat və İKT” kafedrasının müəllimi Afaq Mansırlı “Süni intellektin tədris prosesinə tətbiqi” mövzusunda çıxış edib. O, süni intellekt alətlərinin tədris prosesində istifadəsi, rəqəmsal platformaların təhsildə yaratdığı yeniliklər, avtomatlaşdırılmış qiymətləndirmə sistemləri və adaptiv öyrənmə modelləri barədə ətraflı məlumat təqdim olunub.
Seminar interaktiv şəkildə davam edib və iştirakçıların sualları cavablanırılıb.




