XƏBƏRLƏR

Universitetimizdə yaz imtahan sessiyası başlayıb

Universitetimizdə yaz imtahan sessiyası başlayıb
  • 01 Jun 2026

1 iyun 2026-cı il tarixindən Bakı Avrasiya Universitetində (BAAU) 2025/2026-cı tədris ilinin yaz semestri üzrə imtahan sessiyasına start verilib. Sessiya müddətində imtahanlar yazılı, şifahi və test üsulu ilə həyata keçiriləcək. 

Universitetdə təhsilalanların bilik və bacarıqlarının obyektiv, ədalətli və şəffaf şəkildə qiymətləndirilməsini təmin etmək məqsədilə “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” fəaliyyətə başlayıb. İmtahan sessiyasının bütün mərhələlərində idarəetmə və monitorinq tədbirlərini gücləndirərək, tələbələr üçün zəruri təşkilati və texniki şəraitin təmin olunmasına xüsusi diqqət yetirib. 

Eyni zamanda şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə imtahan sessiyası dövründə hər hansı bir müraciət və təkliflərlə bağlı operativ əlaqə saxlamaq, zəruri araşdırma aparmaq və rəhbərliyə çatdırılması üçün “Qaynar xətt” xidməti (+994 12) 564-63-67 nömrəli telefon ilə təmin edilib.

BAAU-nun rəhbrliyi bütün tələbələrə yaz imtahan sessiyasında uğurlar arzulayır.

DİGƏR XƏBƏRLƏR