Xəbərlər

Universitetin əməkdaşları üçün iftar süfrəsi təşkil edilib.

Universitetin əməkdaşları üçün iftar süfrəsi təşkil edilib.
  • 13 Mar 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.

Tədbirdə BAAU-nun rəhbərliyi, professor-müəllim və inzibati heyəti iştirak edib. İftar proqramı çərçivəsində dualar oxunub, iştirakçılar bir-birilərinə xoş arzularını çatdırıblar.

Qeyd olunub ki, Ramazan ayı mərhəmət, xeyirxahlıq, mənəvi saflıq və paylaşma kimi dəyərləri təbliğ edir. Bildirilib ki, bu ayda təşkil olunan iftar süfrələri insanlar arasında birlik, həmrəylik və qarşılıqlı dəstək hissinin daha da güclənməsinə töhfə verir.

Digər Xəbərlər