- 08 Sep 2026
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib. Sözügedən tədbir 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımov ilə yanaşı bir çox ali təhsil müəssisələrinin rəhbərləri və 700-ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri qatılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
Sözügedən düşərgə çərçivəsində tələbələr üçün intellketual yarışlar, futbol, valeybol, şahmat yarışları, foto və film müsabiqələr təşkil olunub ki, orda BAAU-nun bir qrup tələbələri də fəal iştirak ediblər. Tədbir çərçivəsində BAAU-nun rektoru dosent Səyavuş Qasımov düşərgədə iştirak edən BAAU tələbələri ilə görüşüb. Görüş zamanı tələbələrin düşərgə ilə bağlı təəssüratları ilə maraqlanan rektor onlara uğurlar arzulayıb və xatirə şəkili çəkdirib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvülərinə yaradılmış şəraitlə tanış olublar.




