XƏBƏRLƏR

Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib
  • 01 May 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasın işini Elmi Şuranın sədri, rektor, dosent Səyavuş Qasımov açaraq gündəlikdə duran məsələləri təqdim edib.

Gündəlikdə bir sıra mühüm məsələlər müzakirə olunub. Universitetin 2023-2027-ci illər üzrə Strateji İnkişaf Proqramının icrasının gedişi barədə İcra aparatının rəhbəri Nərgiz Həsənova məruzə ilə çıxış edib. O, proqram çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr barədə məlumat verib.

İclasda Keyfiyyət Təminatı üzrə Komissiyanın fəaliyyəti barədə hesabat dinlənilib. Komissiyanın sədri, dosent Səyavuş Qasımov komissiyanın fəaliyyəti, tətbiq olunan mexanizmlər və əldə edilən nəticələr haqqında geniş məlumat təqdim edib.

Daha sonra daxili keyfiyyət təminatı sisteminin qiymətləndirilməsi və təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub, qarşıdakı dövr üçün strateji hədəflər və icra mexanizmləri müəyyənləşdirilib, monitorinq və qiymətləndirilmənin keçirilməsi qrafiki təsdiq edilib.

İclasda cari məsələlərə baxılıb. Professor Nazim Hüseynli adına tələbə təqaüdünün təsis edilməsi barədə rektorun vəsatəti müzakirə olunub, adlı təqaüdün təsis edilməsi və tələbə nailiyyətlərinin stimullaşdırılması üçün 2026/2027-ci tədris ilindən tətbiqi barədə müvafiq qərar qəbul olunub.

Həmçinin, t.ü.f.d. Jalə İsmayılova Musa qızının “Azərbaycanın milli-siyasi fikir və mətbuat tarixi” adlı dərs vəsaitinə nəşr hüququnun (qrif) verilməsi barədə məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib.

İclasın yekununda gündəlikdə nəzərdə tutulan məsələlər üzrə qəbul olunmuş qərarların icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

DİGƏR XƏBƏRLƏR