- 27 Apr 2026
Bakı Avrasiya Universitetinin (BAAU) tələbələrinin də qatıldığı Türkiyənin Niğde şəhərində Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin təşəbbüsü, Niğde Bələdiyyəsi, Türkiyə Kiber Təhlükəsizlik Klasteri, Niğde Ömər Halisdemir Universitetinin (NÖHU) Texnoparkı və Ahiler İnkişaf Agentliyinin dəstəyi ilə “HackNiğde – Gələcəyin Çözümləri” III Hackatonu NÖHU-də təşkil olunub.
BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin II kurs tələbələri Elvin Qasımzadə və Razıyev Ayxan tərəfindən təşkil olunmuş “BAAU TEAM” adlı komandası sözügedən hackatonda fəal iştirak edib. Yarışın tələblərinə görə 24 saat ərzində innovativ həll təklifi hazır edib növbəti gün hazırlanan layihə münsiflər qarşısında təqdim olunmalı idi. Komandamız qarşıya qoyulmuş tələblərə tam cavab verib və öz çıxışları ilə bir çoxlarının diqqətini çəkib. Komandamız ümumilikdə fərqli 27 universitetdən qatılan komandalarla yarışıb və yekun qiymətləndirməyə əsasən 4-cü yerə layiq görülüb.
Əldə olunan nəticə universitet tələbələrinin innovativ düşüncə tərzini, bilik və bacarıqlarını beynəlxalq səviyyədə uğurla nümayiş etdirib. Tədbirin sonunda qaliblər mükafatlandırılıb.
BAAU-nun rəhbərliyi də tələbələrimizi qazandıqları uğur münasibəti ilə təbrik edir və onlara yeni-yeni müvəfəqqiyyətlər arzu edir.




