Xəbərlər

“Urban gələcək: Ağıllı şəhərlərə doğru” mövzusunda seminar keçirilib.

“Urban gələcək: Ağıllı şəhərlərə doğru” mövzusunda seminar keçirilib.
  • 21 Apr 2026

Bakı Avrasiya Universitetində (BAAU) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində “Gələcəyin Şəhərləri” gənclər həftəsi çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və universitetin Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Urban gələcək: Ağıllı şəhərlərə doğru” mövzusunda seminar təşkil olunub. 

Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Seminar BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayevanın açılış nitqi ilə başlayıb. O, çıxışında seminarın əhəmiyyətini vurğulayaraq, müasir urbanizasiya proseslərinin və ağıllı şəhər konsepsiyasının cəmiyyət üçün strateji rolundan bəhs edib.

Daha sonra seminarda müxtəlif qurumların nümayəndələrinin çıxışları dinlənilib. WUF13 Azərbaycan əməliyyat şirkətinin kommunikasiya meneceri Emin Hüseynzadə şəhər mühitinin davamlı inkişafı və innovativ yanaşmalar barədə fikirlərini bölüşüb. 

ATGTİ-nin proqram meneceri Bəxtiyar Quluzadə isə gənclərin urban inkişaf prosesində iştirakının vacibliyini diqqətə çatdırıb və “Gələcəyin Şəhərləri” gənclər həftəsi, onun təşkilinin məqsədi və görülmüş işlər haqqında ətraflı məlumat verib. O, çıxışında qeyd edib ki, sözügedən həftənin məqsədi gənclər arasında şəhərsalma və memarlıq sahəsinə marağı artırmaq, innovativ yanaşmaları təşviq etmək və bu istiqamətdə maarifləndirmə fəaliyyətlərini genişləndirməkdir.

Seminar çərçivəsində universitetin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının müəllimi Xəyal İsgəndərov və BAAU TGT-nin sədri Aysu Qədirova da mövzu ilə bağlı çıxış edərək, şəhər planlaşdırılması, ekoloji balans və innovativ həllərin tətbiqi məsələlərinə toxunublar.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Digər Xəbərlər